Azərbaycanda autizm sindromu olan uşaqların sayı açıqlanıb

 Azərbaycanda autizm sindromu olan uşaqların sayı açıqlanıb Azərbaycanda autizm sindromu olan uşaqların sayı açıqlanıb.
Sağlamlıq
1 Aprel , 2022 11:42
 Azərbaycanda autizm sindromu olan uşaqların sayı açıqlanıb

Azərbaycanda autizm sindromu olan uşaqların sayı açıqlanıb.

"Report"un məlumatına görə, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov bildirib ki, 2020-ci ilin hesabatına görə qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir.

O qeyd edib ki, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə nevroloqa müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub.

Professor sözlərinə görə, autizmi ana bətnində öyrənmək mümkün deyil: "Dünyanın hansısa ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin mərhələdə uşağın kontaktına diqqət eləmək lazımdır. Əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan başlayır. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq çətinləşir. Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür".

Son xəbərlər

Orphus sistemi