Azərbaycanda 50-yə yaxın kistoz-fibroz xəstəsi var

Azərbaycanda 50-yə yaxın kistoz-fibroz xəstəsi var "Hazırda Azərbaycanda 50-yə yaxın kistoz fibtoz xəstəsi var".
Sağlamlıq
9 Mart , 2022 15:21
Azərbaycanda 50-yə yaxın kistoz-fibroz xəstəsi var
Erkin Rəhimov

"Hazırda Azərbaycanda bilinən 50-yə yaxın kistoz-fibroz xəstəsi var".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bu xəstələrdən bəzisi vəfat edib: "Həmin xəstələr günün ən azı 1.5 saatını müalicəyə sərf edir. Bu da onlar üçün kifayət qədər çətinlik törədir".

E.Rəhimov əlavə edib ki, Azərbaycanda 18 yaşı keçən cəmi 1 xəstə var: "Ölkədə hər yeni doğulan 5 000 uşaqdan birində kistoz-fibroz xəstəliyinə rast gəlinir. İldə təxminən yeni xəstə sayı 30-a yaxın olur. 10 milyondan çox əhalisi olan ölkəmizdə həmin xəstəliyin hansı tezliklə rast gəlindiyi hələlik məlum deyil. Xəstələrin əksəriyyəti Bakıdan, az sayda olanlar isə rayonlardandır".

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi