Azərbaycanda koronavirusa 4 077 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 4 077 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib Azərbaycanda bu gün koronavirus infeksiyasına 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
16 Dekabr , 2020 14:33
Azərbaycanda koronavirusa 4 077 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib
0 : 00
0 : 00

Azərbaycanda koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, bu günə qədər isə ümumilikdə 1 998 577 test icra olunub.

Son xəbərlər

Orphus sistemi