Azərbaycanda 400 mindən çox insan qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub

Azərbaycanda 400 mindən çox insan qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub Keçən il üçün ölkədə difteriya, göy öskürək, məxmərəyə yoluxma halları aşkar olunmayıb
Sağlamlıq
26 Noyabr , 2015 11:21
Azərbaycanda 400 mindən çox insan qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin ayrı-ayrı infeksion və parazitar xəstəliklərə tutulması hallarında ötən illərlə müqayisədə artım olub. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən il əhalinin qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxması hallarında artım qeydə alınıb.

Statistikaya əsasən, ötən il 400 163 nəfər qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub. 

Bundan başqa, əhali arasında ümumi kəskin bağırsaq infeskiyası da geniş yayılıb. 2014-cü ildə 14 496 nəfərdə adıçəkilən infeksiya aşkar olunub. Eyni zamanda, 13 919 nəfər isə suçiçəyi keçirib.

Bununla yanaşı, 225 qoturluq, 10 qarayara, 337 bruselyoz, 84 pedikulyoz, 1 qızılca faktı qeydə alınıb.

Məlumatda o da bildirilir ki, keçən il üçün ölkədə difteriya, göy öskürək, məxmərəyə yoluxma halları aşkar olunmayıb. 

Son xəbərlər

Orphus sistemi