Azərbaycanda koronavirusa yoluxanların sayı 105 nəfərə düşdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 105 nəfərə düşdü Azərbaycanda 105 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
6310
8 Avqust , 2020 15:30
Azərbaycanda koronavirusa yoluxanların sayı 105 nəfərə düşdü

Azərbaycanda 105 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

Orphus sistemi