Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi açılıb

Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi açılıb Builki sərgidə 19 ölkədən 100-dən artıq şirkət iştirak edir
Sağlamlıq
100
28 Sentyabr , 2017 16:07
Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi açılıb
Report/ Elshan Baba

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin-“BIHE 2017”nin açılışı olub.

"Report"un məlumatına görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev sərginin açılışında bildirib ki, son illər ölkədə səhiyyə sahəsində bir çox nailiyyətlər əldə olunub. 

Nazir müavini qeyd edib ki, bu kimi sərgilərin keçirilməsi tibb sahəsinin inkişafına töhfəsini verir: "Builki sərgiyə 19 ölkədən 100-dən artıq şirkət, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətləri qatılıb".

Bildirilib ki, bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edib.

Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edir.

Daha sonra sərgiyə baxış keçirilib.

Bundan başqa, “BIHE” sərgisi ilə paralel olaraq 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi də açılıb. Sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Konqres çərçivəsində səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsi keçiriləcək. 

Qeyd edək ki, “BIHE” sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilən sərgi sentyabrın 30-a kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi