Avstraliyanın baş naziri koronavirusdan peyvənd olundu

Avstraliyanın baş naziri koronavirusdan peyvənd olundu Avstraliyada əhalinin koronavirusdan peyvənd edilməsinə başlanılıb
Sağlamlıq
141
21 Fevral , 2021 07:36
Avstraliyanın baş naziri koronavirusdan peyvənd olundu
Skott Morrison

Avstraliyada əhalinin koronavirusdan peyvənd edilməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sydney Morning Herald” bildirib.

Qeyd edilir ki, ölkədə ilk olaraq baş nazir Skott Morrison peyvənd olunub.

Baş nazir “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış vaksinlə peyvənd edilib.

“Pfizer” və “BioNTech” vaksini cari ilin yanvarında Avstraliyada tətbiq üçün bəyənilib, fevralda yerli tənzimləyici orqan “AstraZeneca” şirkətinin vaksinindən istifadəyə icazə verib.

Qeyd edək ki, Avstraliyada koronavirusa ümumilikdə 28 925 nəfər yoluxub. Son gündə daha 5 nəfərdə COVID-19 aşkarlanıb. Virusa yoluxmuş 909 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 873 nəfərdir.

Son xəbərlər

Orphus sistemi