Avropada quş qripi əleyhinə yeni tədbirlər

Avropada quş qripi əleyhinə yeni tədbirlər Yeni tədbirlər epidemiya ocaqlarındaki quşların məhv edilməsini və quş əti və yumurta satışına qadağanı nəzərdə tutur
Sağlamlıq
119
18 Noyabr , 2014 21:52
Avropada quş qripi əleyhinə yeni tədbirlər
Bakı. 18 noyabr. REPORT.AZ/ Britaniya və Hollandiyada aşkar edilən quş qripinin yayılması əleyhinə Avropa Komissiyasının yeni tədbirləri epidemiya ocaqlarında saxlanılan quşların məhv edilməsini və quş əti və yumurta satışına qadağanı nəzərdə tutur.

"Report" BBC-yə istinadən xəbər verir ki, Hollandiya hökuməti fermaların birində insanlar üçün potensial təhlükə təşkil edən H5N8 virus ştamının aşkar edildiyini bildirib.

Avropa Komissiyasının mütəxəssisləri Britaniyadakı ördək fermasında tapılan virusun “eyni növdən” olduğunu güman edirlər. Avropa xidmətləri bu yaxınlarda Almaniyada aşkar edilən virusla yeni epidemiya ocaqları arasında əlaqənin olub-olmadığını müəyyən etməlidirlər. Avropa Komissiyasının açıqlamasında Hollandiya və Britaniyada virusun yayılmasını önləmək üçün tədbirlərin həyata keçirildiyi deyilir. 

Bundan əvvəl Hollandiyadakı Hekendorp fermasında 150 min toyuğun məhv edilməsinə başlanılıb. Tədbirlər həmçinin virusa yoluxmuş toyuqlarla əlaqədə olan adamların karantinə alınmasını nəzərdə tutur. 

Aİ rəsmiləri vəziyyətin nəzarət altında olduğunu desələr də, virusun başqa ölkələrə keçib-keçməyəcəyi barədə dəqiq proqnoz verməyin mümkün olmadığı bildirirlər.

Son xəbərlər

Orphus sistemi