Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb
Sağlamlıq
- 12 oktyabr, 2016
- 14:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilmiş qanvermə aksiyası başa çatıb.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva "Report"a bildirib ki, qanvermə aksiyasında ümumillikdə 4 141 nəfər iştirak edib.
Onun sözlərinə görə, nəticə etibarilə 1863,3 litr qan yığılıb: "Qanvermə aksiyasının ən fəal olduğu məscidlər "Təzəpir" və "Mir Mövsüm Ağa" məscidləri olub".
Qeyd edək ki, bu gün Aşura münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiya 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində baş tutub.
Son xəbərlər
06:29
Barak Ravid: ABŞ Qeşm adasında İranın raket qurğusunu məhv edib
Digər ölkələr
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi