“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"

“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib" Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.
Sağlamlıq
131
22 Noyabr , 2021 11:12
“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib

Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.

“Report” “AstraZeneca”ya istinadən xəbər verir ki, “COVAX Facility” təşəbbüsü çərçivəsində 130 ölkəyə 175 milyondan çox vaksin tədarük edilib.

“Aparılmış qiymətləndirmələrə görə, indiyədək “AstraZeneca” şirkətinin COVID-19-a qarşı “Vaxzevria” vaksini virusa 50 milyon yoluxmanın, 5 milyon xəstəxanaya yerləşdirmə halının və bir milyondan çox ölümün qarşısını alıb”, - şirkətdən bildiriblər.

Xatırladaq ki, ötən ilin aprel ayından etibarən Azərbaycanda 60 yaşdan yuxarı şəxslərə “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndinin vurulmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi