Astarada “Ümumdünya Ürək Günü”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

Astarada “Ümumdünya Ürək Günü”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində "Ürək-dama
Sağlamlıq
28 Sentyabr , 2024 19:22
Astarada “Ümumdünya Ürək Günü”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova iştirak ediblər.

Bildirilib ki ki, Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya və təşkil olunan elmi tədbir ən son nailiyyətləri bölüşməyə imkan yaradacaq.

Çıxışçılar qeyd edib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də dövlətlər tərəfindən sosial qayğıların artması, insanların əmək qabiliyyətini itirməsinin qarşısının alınması hər bir ölkə üçün vacib məsələdir. Buna görə də bu məsələdə istər Səhiyyə Nazirliyi, istər TƏBİB, istərsə də digər qurumlar kimi, dövlət və özəl tibb müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Üç sessiyadan ibarət olan elmi konfransın birinci sessiyasında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d Dr. Gülnaz Dadaşova “ESC 2024 London: mühüm nəticələr və qərarlar”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “Kardiopimopatiyanın diaqnostikasında əhəmiyyətli parametrlər”, Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Dr.Günay Hətəmova “Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü: nə, kimə və nə zaman başlamaq lazımdır?”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim Dr.Rəşad Mahmudov “İşemik kardiomiopatiyanın menecmenti” mövzusunda təqdimatlarla çıxış ediblər.

Elmi konfrans cənub regionunun - Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Şirvan rayonlarının tibb işçiləri üçün nəzərdə tutulub. Konfransda Azərbaycanın, Türkiyənin və Almaniyanın yüksəkixtisaslı mütəxəssisləri iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi