ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirib

ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirib Martın 31-də "ASAN Könüllüləri" Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib.
Sağlamlıq
31 Mart , 2023 19:47
ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirib

Martın 31-də "ASAN Könüllüləri" Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub.

1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi