Baş nazirin müavini: "Artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edirlər"

Baş nazirin müavini: "Artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edirlər" "Bu nəticələr bizi məmnun edir”
Sağlamlıq
8 Fevral , 2017 14:01
Baş nazirin müavini: Artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edirlər

Bakı. 8 fevral. REPORT.AZ/ "Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı artıq ilkin nəticələr var". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir: "Artıq ilkin nəticələr var. Mənim dünən aldığım məlumata görə, istər Mingəçevirdə, istərsə də Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar. İnsanlarda ilkin məmnunluq hissləri var. İlkin nəticələr haqqında geniş fikir söyləmək çox çətindir. Amma bu nəticələr bizi məmnun edir”. 

Son xəbərlər

Orphus sistemi