AQTA Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələrini açıqlayıb

AQTA Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələrini açıqlayıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 7 may 2024-cü il tarixində Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.
Sağlamlıq
24 May , 2024 16:10
AQTA Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.

AQTA-dan "Report"a verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb.

Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.

Xatırladaq ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdu.

Son xəbərlər

Orphus sistemi