AQTA və "Rosselxoznadzor" rəsmiləri arasında videoformatda görüş olub

AQTA və "Rosselxoznadzor" rəsmiləri arasında videoformatda görüş olub Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Sağlamlıq
5 Fevral , 2021 18:30
AQTA və Rosselxoznadzor rəsmiləri arasında videoformatda görüş olub

Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Görüşdə Rusiyadan ölkəmizə idxal olunan taxıl məhsulları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılması, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi