AQTA Tərtər, Bərdə və Ağdamda fitosanitar monitorinqlər aparıb

AQTA Tərtər, Bərdə və Ağdamda fitosanitar monitorinqlər aparıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər, Bərdə və Ağdam rayonlarında ixrac potensiallı məhsullar olan xurma və nar bağlarında genişmiqyaslı fitosanitar monitorinqlər aparıb.
Sağlamlıq
4 Noyabr , 2023 14:35
AQTA Tərtər, Bərdə və Ağdamda fitosanitar monitorinqlər aparıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər, Bərdə və Ağdam rayonlarında ixrac potensiallı məhsullar olan xurma və nar bağlarında genişmiqyaslı fitosanitar monitorinqlər aparıb.

AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı Tərtər rayonunun Bəyimsarov, Düyərli, Qaraağacı, Ələsgərli kəndlərində 52 ha, Bərdə rayonunun Otuzikilər, Cəyirli, Hacallı, Qaradağlı, Qaradəmirçi, Kətəlparaq kəndlərində 34 ha, Ağdam rayonunun Xındırıstan, Əfətli, Qaradağlı kəndlərində 23 ha xurma və nar bağında sirayətlənmə əlamətləri olan meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Aparılan müayinələr nəticəsində hər hansı zərərli orqanizm aşkarlanmayıb.

Bununla yanaşı, Qarabağ regional bölməsinin ərazisində Qəhvəyi mərmər bağacığı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır, feromon tələlər asılır. Monitorinqlər zamanı zərərvericinin yayılmadığı müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi