“Əksər hallarda zəhərlənmələrin qida faktoru ilə bağlı olmadığı müəyyən edilir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
O qeyd edib ki, qida zəhərlənmələri ilə bağlı bəzi media orqanlarında qeyri-peşəkar məlumatlar yayılır:
“Belə fakt olanda onu ilkin məlumat kimi “qida zəhərlənməsi” kimi təqdim etmək düzgün deyil. Bunu aydınlaşdırmağa çalışmaq lazımdır. Bu yaxınlarda Bakı məktəblərin birində də şagirdlərin qidadan zəhərlənməsi bildirilmişdi. Amma ekspertizanın nəticəsindən sonra bunun səhv məlumat olduğu aşkarlandı ki, yeniyetmələr idmanla məşğul olduqdan sonra həyətdəki sudan istifadə ediblər. Həmin su texniki olub və həzm sistemində pozğunluğa səbəb olub”.