AQTA sədri Ağsuda vətəndaşları qəbul edəcək

AQTA sədri Ağsuda vətəndaşları qəbul edəcək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların qəbul edəcək.
Sağlamlıq
1 aprel 2025 15:48
AQTA sədri Ağsuda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların qəbul edəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər.

Qeyd edək ki, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi