AQTA rəhbəri Agentlik yanında İctimai Şuranın sədri ilə görüşüb

AQTA rəhbəri Agentlik yanında İctimai Şuranın sədri ilə görüşüb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərovla görüşüb.
Sağlamlıq
319
10 Sentyabr , 2021 23:18
AQTA rəhbəri Agentlik yanında İctimai Şuranın sədri ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərovla görüşüb.

Agentlikdən “Report”a verilən məlumata görə, AQTA sədri görüşdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsində İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Nazim Səfərov səmimi qəbula görə təşəkkür edib və İctimai Şuranın qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəyini diqqətə çatdırıb.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Son xəbərlər

Orphus sistemi