AQTA Lənkəranda 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib

AQTA Lənkəranda 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib Lənkəran şəhərində iki azyaşlı uşağın paxla qəbul etdikdən sonra səhhətinin pisləşməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyi tərəfindən dərhal araşdırma aparılıb
Sağlamlıq
25 May , 2021 17:06
AQTA Lənkəranda 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib

"Lənkəran şəhərində iki azyaşlı uşağın paxla qəbul etdikdən sonra səhhətinin pisləşməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhükəsizliyi Agentliyi dərhal araşdırma aparıb və hər iki azyaşlıya “Favizm” xəstəliyi diaqnozu qoyulduğu müəyyən edilib".

AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, favizm xəstəliyinin irsi ferment çatışmazlığı olan şəxslərdə paxla bitkisinin tərkibindəki müəyyən kimyəvi maddələrin təsiri nəticəsində baş verməsi və hadisənin qida zəhərlənməsi hadisəsi olmaması səbəbindən, bununla bağlı Agentliyə aidiyyəti qurum tərəfindən hər hansı rəsmi bildiriş daxil olmayıb.

Qeyd olunub ki, favizm xəstəliyi ferment çatışmazlığı olan şəxslərdə paxla bitkisinin istehlakı və ya paxla bitkisinin tozlanması zamanı bitki tozcuqlarının nəfəs yoluna düşməsi nəticəsində meydana gəlir: "Bu səbəbdən xüsusilə yaz aylarında baş verən Favizm xəstəliyinə paxlalı bitkilərin daha çox yetişdiyi Aralıq dənizi ölkələrində, İran, İraq və Azərbaycanda tez-tez rast gəlinir. Xəstəlik paxla istehlakından bir neçə saat və ya bir neçə gün sonra meydana çıxır və ümumi halsızlıq, başgicəllənmə, ürəkbulanma, qusma, diareya və sarılıq əlamətləri ilə müşaiyət olunur. Bu səbəbdən gecikdirilmiş formada və təcili tibbi yardım göstərilmədikdə ölümlə nəticələnə bilir".

Son xəbərlər

Orphus sistemi