AQTA iki müəssisənin fəaliyyətini məhdudlaşdırıb

AQTA iki müəssisənin fəaliyyətini məhdudlaşdırıb Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular aşkarlay
Sağlamlıq
3 İyun , 2024 11:19
AQTA iki müəssisənin fəaliyyətini məhdudlaşdırıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular aşkarlayıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi