AQTA əməkdaşı 45 yaşında vəfat edib

AQTA əməkdaşı 45 yaşında vəfat edib Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva dünyasını dəyişib.
Sağlamlıq
20 May , 2022 12:58
AQTA əməkdaşı 45 yaşında vəfat edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva dünyasını dəyişib.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

O, uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, K.Alıyeva 1977-ci ildə anadan olub. 2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik və üzümçülük, 2003-cü ildə bitkilərin mühafizəsi ixtisasını bitirib. 2018-ci ildə AQTA-da Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin Fitosanitar karantin nəzarətində olan materialların dövriyyəsinin tənzimlənməsi sektorunun, 2019-cu ildən isə Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığının tənzimlənməsi sektorunun aparıcı məsləhətçisi olub, 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi