AQTA bu işlə məşğul olan sahibkarlara müraciət edib

AQTA bu işlə məşğul olan sahibkarlara müraciət edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifa
Sağlamlıq
2 Fevral , 2021 12:39
AQTA bu işlə məşğul olan sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

"Report" xəbər verir ki, bu səbəbdən qeydiyyatdan keçməmiş aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı qadağandır, buna cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.

Sahibkarlar qeydiyyatdan keçmiş pestisid və aqrokimyəvi maddələrin siyahısını Agentliyin rəsmi saytına (afsa.gov.az) daxil olmaqla və ya 1003 -Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi