AQTA: "Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb"

AQTA: "Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsinin qeydə alınmadığını bildirib.
Sağlamlıq
11 Yanvar , 2024 16:59
AQTA: Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsinin qeydə alınmadığını bildirib.

AQTA-dan "Report"a verilən məlumata görə, bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi ekspertlərin şərhləri yayılıb.

Agentlik məlumatlar əsasında müvafiq araşdırmalar aparıb və məlum olub ki, mediada haqqında bəhs olunan hallar metil spirtindən baş verən zəhərlənmə yox, spirtli içkinin yüksək miqdarda qəbulu zamanı bədəndə toksiki təzahürlərin üzə çıxması nəticəsində meydana gəlib.

Qeyd olunub ki, bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb və bununla bağlı Agentliyə hər hansı bir müraciət daxil olmayıb:

"Ölkəyə idxal edilən, eyni zamanda daxili bazar üçün satışı nəzərdə tutulan spirtli içkilər Agentlik tərəfindən müvafiq laborator müayinələrə cəlb olunur, həmin məhsulların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə analizləri aparılır. Bundan başqa, AQTA tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində daimi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyətə dövri olaraq məlumatlar təqdim olunur. İstehlakçılarda qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələr yarandıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər".

Son xəbərlər

Orphus sistemi