AQTA alma istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

AQTA alma istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib 37 alma istehsalı müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib
Sağlamlıq
144
15 Fevral , 2021 20:01
AQTA alma istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

Azərbaycandan Rusiyaya ixrac olunan alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

Agentlikdən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.

Həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub. Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiyaya ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.

Qeyd edək ki, ixracına icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88 232 tondur ki, bu da 2020-ci ildə 67 alma istehsalı müəssisəsinin Rusiyaya ixrac etdiyi 66 924 ton alma məhsulunun 131.8 %-ni təşkil edir.

Agentlik alma istehsalı və ixracı ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, hazırda soyuducu anbarlarda alma məhsulu olan sahibkarlar ixrac icazəsi almaq üçün təsərrüfatlarına dair məlumatların Rusiyanın müvafiq qurumuna təqdim olunması məqsədilə Agentliyə müraciət etsinlər. Sahibkarlar bu barədə məlumatları təqdim etmək üçün Agentliyin 1003-Çağrı Mərkəzi və ya (012) 377-00-77 (daxili: 238) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Onu da qeyd edək ki, məhsul ixrac etmək istəyən alma istehsalı müəssisələri ixrac sertifikatlaşması prosesini həyata keçirmək üçün ixracdan üç gün əvvəl AQTA-nın regional bölmələrinə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi