AQTA: ABŞ-nin iki ştatından məhsul idxalına qoyulan məhdudiyyət ləğv edilib

AQTA: ABŞ-nin iki ştatından məhsul idxalına qoyulan məhdudiyyət ləğv edilib Azərbaycanın Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kanzas və Texas ştatlarında quş qripi xəstəliyinə görə bu ərazilərdən məhsul idxalına qoyduğu məhdudiyyət aradan qaldırılıb.
Sağlamlıq
2 Avqust , 2024 11:10
AQTA: ABŞ-nin iki ştatından məhsul idxalına qoyulan məhdudiyyət ləğv edilib

Azərbaycanın Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kanzas və Texas ştatlarında quş qripi xəstəliyinə görə bu ərazilərdən məhsul idxalına qoyduğu məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, sözügedən ərazilərdə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi