AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 409 ictimai iaşə obyektində 692 monitorinq keçirib.
Sağlamlıq
24 İyul , 2021 14:51
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 409 ictimai iaşə obyektində 692 monitorinq keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxcivani 15 ünvanında yerləşən, fiziki şəxs Huseynov Əsəd Məhərrəm oğluna məxsus "V9 karaoke lounge" kafesi;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Ağaoğlu Atatürk küç. kəsişməsində yerləşən, fiziki şəxs Samir Mirzəyev Güləli oğluna məxsus “Paşa dönər” kafesi;

3. Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski pr. 830-835 məhəllədə yerləşən, fiziki şəxs Babaşov Şöhrətə məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov 556/557 məhəllədə yerləşən, fiziki şəxs Baxışova Elnarə Rafiq qızına məxsus "Papaq" kafesi;

5. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 7 D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;

6. Daşkəsən rayonu, Yuxarı Daşkəsən, Narzanda yerləşən, fiziki şəxs Məmmədov Röyal Akif oğluna məxsus "Narzan" kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi