AQTA 3 sahibkarlıq subyektini qeydiyyata almaqdan imtina edib

AQTA 3 sahibkarlıq subyektini qeydiyyata almaqdan imtina edib “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 1-2 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Sağlamlıq
3 Fevral , 2021 15:44
AQTA 3 sahibkarlıq subyektini qeydiyyata almaqdan imtina edib

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 1-2 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"ZAQATALA-BROYLER" MMC

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

İsmayilov Arif Oruc oğlu

Qablaşdırma

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Hüseynov Emin Haciağa oğlu

Pərakəndə satış

Sahibkar fəaliyyətini dayandırmışdır.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi