AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI

AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələr
Sağlamlıq
127
16 İyun , 2021 10:52
AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan "Report"a verilən məlumata görə, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 19 aprel - 4 iyunda Xaçmaz şəhərinin Köhnə-Xaçmaz, Nərəcan, Müzəffəroba, Mürşüdoba və Çinartala kəndləri üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Xaçmaz rayonu üzrə:

1. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nemət Sadıq oğluna məxsus heyvan kəsim məntəqəsi;

2. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Əhmədov Murad Hakim oğluna məxsus heyvan kəsim məntəqəsi;

3. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Seyidov Zaur Buludxan oğluna məxsus heyvan kəsim məntəqəsi;

4. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Məlikməmmədov Rəşad İlyas oğluna məxsus heyvan kəsim məntəqəsi;

5. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nizami Əmirağa oğluna məxsus heyvan kəsim məntəqəsi;

6. Xaçmaz şəhəri, Müzəffəroba kəndində yerləşən, Hüseynov Ramin Şafaqat oğluna məxsus heyvan kəsim məntəqəsi;

7. Xaçmaz şəhəri, Mürşüdoba kəndində yerləşən, Qəhrəmanlı Ruslan Firuddin oğluna məxsus heyvan kəsim məntəqəsi;

8. Xaçmaz şəhəri, Nərəcan kəndində yerləşən, Ağayev Rifaq Sabir oğluna məxsus heyvan kəsim məntəqəsi;

9. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, Bürcəliyev Mövlan Gəncəli oğluna məxsus heyvan kəsim məntəqəsi;

10. Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən, Balakişiyev Heybət Şıxcamal oğluna məxsus heyvan kəsim məntəqəsi;

11. Xaçmaz şəhəri, Quba yolunun 1-ci kilometrliyində yerləşən, Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus heyvan kəsim məntəqəsi;

12. Xaçmaz şəhəri, Hacıəlibəyli kəndində yerləşən, İsmayılov Mehdi İsmayıl oğluna məxsus heyvan kəsim məntəqəsi;

13. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Kərimov Eyvaz Kərəm oğluna məxsus heyvan kəsim məntəqəsi;

14. Xaçmaz şəhəri, Çinartala kəndində yerləşən, Manafov Əliməmməd Gülməmməd oğluna məxsus heyvan kəsim məntəqəsi;

15. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, İsgəndərov Əli İsgəndər oğluna məxsus heyvan kəsim məntəqəsi.

AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi