Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"24 Saat" şərab evi |
Xətai rayonu, N.Rəfiyev küç., ev 14A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
"Badə" şərab evi |
Sumqayıt şəhəri, 6-cı mkr |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Səid" market |
Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 |
"Qoşqar" market |
Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 |
"Zeytun" aptek |
Şirvan şəhəri, A.Əhmədov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Dokta" aptek |
Salyan şəhəri, Y.Qasımov küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Dokta" aptek |
Salyan şəhəri, Kürqaraqaşlı kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Vəzir" market |
Şəmkir rayonu, Dəllər ştq |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
"Dokta" aptek |
Şəmkir rayonu, Bakı-Qazax şosesi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Dokta" aptek |
Şəmkir rayonu, Bakı-Qazax şosesi 1175 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
11 |
"Şah" restoranı |
Xətai rayonu, N.Rəfiyev küç., ev 49A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
"Çempion" restoranı |
Xətai rayonu, N.Rəfiyev küç., ev 25 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Star" restoranı |
Binəqədi rayonu, S.S.Axundov küç., ev 8B |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |