Aprel ayı üçün bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ekspertiza nəticələri açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, daxil olan müraciətlərdən 7-nə mənfi rəy verilib.
Xitam verilən müraciətlərin sayına gəlincə, bu rəqəm də 7-dir.
Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən, Türkiyə istehsalı olan Sofix (şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Məhsulun tərkibində mövcud olan B12 vitaminin 1 ml-də dozası 333 mcg təşkil edir, bu da BFMQƏ-lər üçün (6-9 mcg) uyğun deyil.
Azərbaycan istehsalı olan “Heilen Meister Relaxa Well” (kapsul N30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Onun tərkibindəki təsiredici inqrediyent olan “Zinc”in dozası (40 mg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (25 mq-dan çox olmamalıdır).
Rusiya istehsalı İmmun Pro (kapsul № 20) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Məhsulun tərkibində mövcud olan B12 vitaminin 1 kapsulda dozası 130 mcg təşkil edir, bu da BFMQƏ- lər üçün (6-9 mcg) uyğun deyil.
Türkiyə istehsalı Smartcaps Collawell (toz, 360 q) adlı məhsul metabolik prossesləri tənzimləmək məqsədilə tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Onun tərkibindəki təsiredici inqrediyent olan "Biotin"in dozası (2500 mcg) və "Vitamin B12"in dozası (10 mcg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır ("Biotin" 300 mcgdan, "Vitamin B12" 9 mcg-dan çox olmamalıdır).
Türkiyə istehsalı Smartcaps METHYLUP Active B Complex+TMG (kapsul, №60) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Onun tərkibindəki təsiredici inqrediyent olan "Vitamin B6"nın dozası (10 mg), "Vitamin B12"nin dozası (1000 mcg), "Vitamin B2"nin dozası (10 mg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır ("Vitamin B6" 6 mgdan, "Vitamin B2" 6 mg-dan, "Vitamin B12" 9 mcg-dan çox olmamalıdır).
Smartcaps İronup (kapsul, №60) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Onun tərkibindəki təsiredici inqrediyent olan "Vitamin B6"nın dozası (10 mg) və "Vitamin B12"nin dozası (75 mcg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır ("Vitamin B6" 6 mgdan, "Vitamin B12" 9 mcg-dan çox olmamalıdır).
Türkiyə istehsalı İntes (Tablet N30) adlı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Məhsulun tərkibində olan Peumus boldus bitkisi BFMQƏ-nin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Müraciətlərinə xitam verilən 7 qida əlavələri isə bunlardır:
Türkiyə istehsalı olan SBX1022 seriyalı Sebixol (məhlul 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil.
Belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Türkiyə istehsalı olan Odri Max (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 722.3mq (560-700mq) tərkibi: 610.5mq (440-580mq) (0.0001665246) aşkar edilib. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil.
Türkiyə istehsalı olan 0010 seriyalı Dr. ASOS (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, məhsulun xarici görünüşü qırmızımtıl-qəhvəyi rəngli, şəffaf, kəskin qoxulu məhlul (NS-ə görə portağal qoxulu), məhlulun ph-ı 2.507 (NS-də 3.0-8.50) normativ sənədlərin göstəricilərinə əsasən uyğun deyil.
Türkiyə istehsalı olan 2220083 seriyalı Sofitan D3+K2 (Yumşaq kapsul N50) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil.
Türkiyə istehsalı olan KRV0323 seriyalı Kravel D3 (daxilə qəbul üçün məhlul-damcı, 15ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil.
İtaliya istehsalı olan 18109-02 seriyalı İmucan (tablet, N30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin sərtliyi 129.25 N normativ sənədlərin göstəricilərinə (NS-ə əsasən (91.0-100.0 N) olmalıdır) əsasən uyğun deyil.
Türkiyə istehsalı olan Astel (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun Ph-ı 2.18 (3.6 - 6.0) (0.02714674) olaraq aşkar edilib. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil.