Anesteziyadan ölüm ola bilərmi?

Anesteziyadan ölüm ola bilərmi? Xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bəzən bir çox insanlar narkoz barədə düzgün olmayan məlumatlar yayır.
Sağlamlıq
239
18 Yanvar , 2021 08:00
Anesteziyadan ölüm ola bilərmi?

Xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bəzən bir çox insanlar narkoz barədə düzgün olmayan məlumatlar yayır.

“Report”un məlumatına görə, anestezioloq Aleksandr Kalmıkov “Danışır Moskva” radiosuna bildirib ki, cərrahi müdaxilədən əvvəl xəstələrdə narkozla bağlı yaranan qorxu əsassızdır:

“Ümumi anesteziya zamanı oyanmaq mümkün deyil. Anesteziya təyyarədə uçmaq kimidir: müəyyən bir yüksəklik qazanırıq, avtopilotu işə salırıq. Cihazlar anesteziyanın dərinliyini və ya venadaxili anesteziya konsentrasiyasını idarə edir. Həkim istəməsə xəstə oyana bilməz”.

Həkim əlavə edib ki, ümumi anesteziyanın istifadəsi təhlükəli deyil və 200 000 planlı əməliyyatda anesteziyadan ölmə riski bir nəfərdir.

“Bir çox xəstə nədənsə narkozun ömrü qısalda biləcəyini düşünür. Bu təsdiqlənmiş həqiqətdən daha çox mifdir”.

Son xəbərlər

Orphus sistemi