Ana ölümlərinin əsas səbəbləri açıqlanıb

Ana ölümlərinin əsas səbəbləri açıqlanıb Bölmə müdiri: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb"
Sağlamlıq
17 Oktyabr , 2017 13:20
Ana ölümlərinin əsas səbəbləri açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ana ölümlərinin əsas səbəbləri açıqlanıb. 

"Report" xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib ki, ana ölümlərinin əsas səbəbi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları ilə bağlıdır. 

Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gün ərzində 1600, ildə 500 000-dən çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".

O qeyd edib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb".

Son xəbərlər

Orphus sistemi