Alimlər zədədən sonra əzələlərin bərpasını sürətləndirmək üçün yeni üsul hazırlayıblar

Alimlər zədədən sonra əzələlərin bərpasını sürətləndirmək üçün yeni üsul hazırlayıblar Barselona Universitetinin alimləri müəyyən ediblər ki, bütün növ əzələ zədələri fasilələrlə hipobarik hipoksiyaya - aşağı barometrik təzyiq kamerasında oksigenin məhdud olmasına məruz qaldıqda daha tez bərpa oluna bilir.
Sağlamlıq
19 Mart , 2024 04:42
Alimlər zədədən sonra əzələlərin bərpasını sürətləndirmək üçün yeni üsul hazırlayıblar

Barselona Universitetinin alimləri müəyyən ediblər ki, bütün növ əzələ zədələri fasilələrlə hipobarik hipoksiyaya - aşağı barometrik təzyiq kamerasında oksigenin məhdud olmasına məruz qaldıqda daha tez bərpa oluna bilir.

"Report"un məlumatına görə, tədqiqatın nəticələri "The Journal of Physiology" (JP) jurnalında dərc olunub.

Alimlər qeyd ediblər ki, hipobarik kameralar uzun müddətdir ki, idmançıların fiziki hazırlığını artırmaq üçün istifadə olunur.

Təqlid edilmiş hipobarik hipoksiya şəraitində orqanizm aşağı atmosfer təzyiqi mühitinə məruz qalır, burada hüceyrələr daha az oksigeni udur və daha sürətli regenerasiya ilə əlaqəli fizioloji reaksiya yaradır.

Laborator siçanları əhatə edən tədqiqat göstərdi ki, belə hipobarik kameralara məruz qalma gəmiricilərin orqanizmində maddələr mübadiləsinin tənzimlənməsində mərkəzi rol oynayan xüsusi HİF yolunu aktivləşdirir. Xüsusilə, HIF endotel böyümə faktoru vasitəsilə damar proliferasiyasını aktivləşdirir.

Skelet əzələlərində qan damarlarının çoxalması daha yaxşı qan tədarükünü təmin edir, bu da əzələ liflərinin daha sürətli bərpasına imkan verir.

Həmçinin, hipoksiyanın simulyasiyası ilə aktivləşdirilmiş HIF əzələ liflərini təşkil edən xüsusi zülalların sintezini sürətləndirir.

Alimlər qeyd ediblər ki, bu yolla bütün növ əzələ zədələnmələrində, o cümlədən sarkopeniyada – skelet əzələ kütləsinin yaşa bağlı itkisində toxuma bərpasını sürətləndirmək mümkündür.

Son xəbərlər

Orphus sistemi