Amerika alimləri sübut ediblər ki, qurudulmuş meyvələr təzə məhsullardan daha çox faydalıdır.
“Report” xəbər verir ki, bununla bağlı məqalə “Journal of the Academy of Nutrition and Dietetics” nəşrində dərc edilib.
Alimlərin qənaətincə, quru meyvələr təzələri qış mövsümündə müvəffəqiyyətlə əvəz edə bilərlər.
Bununla bağlı keçirilən tədqiqatın nəticələri göstərib ki, quru meyvələri sevən insanlar daha möhkəm sağlamlığa malikdirlər və daha az xəstələnirlər. Alimlər demək olar, 26 min insanın qida rasionunu analiz ediblər və onların tibbi kartını təhlil edbilər.
Mütəxəssislərin sözlərinə görə, quru meyvələr karbohidratlarla, kaliumla, doymamış yağlarla zəngindir. Çünki bütün meyvələr qışa qədər qalmadığından və qiymətləri nəzərəçarpacaq dərəcədə artdığından, qurudulmuş meyvələr onları əvəz edə bilər. Onlar yaxşı qəlyanaltı ola bilər, amma unutmayın ki, quru meyvələrdə adi meyvələrdə olduğu qədər çox kalori var.
Dondurulmuş və konservləşdirilmiş meyvələr bahalı qış meyvələrinin əvəzediciləri ola bilər. Onlar bütün il boyu mövcuddur, vitamin və mineralları qoruyur və əksəriyyəti təzə meyvələrdən daha ucuzdur.