Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiriblər

Sağlamlıq
  • 29 yanvar, 2025
  • 03:32
Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiriblər

ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.

Bu barədə "Report" “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.

Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.

On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, xərçəng xəstəliyinin bəzi növləri olan pasiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti