Alimlər mal ətinin ürək üçün təhlükəsini təsdiqlədilər

Alimlər mal ətinin ürək üçün təhlükəsini təsdiqlədilər Mal ətindən qida kimi istifadə insanın ürəyinin işinin pisləşməsi riskini artırır
Sağlamlıq
16 Aprel , 2021 06:31
Alimlər mal ətinin ürək üçün təhlükəsini təsdiqlədilər

Mal ətindən qida kimi istifadə insanda ürəyin işinin pisləşməsi riskini artırır.

“Report” “MedicalXpress”ə istinadən xəbər verir ki, belə nəticəyə təxminən 20 min insanı müayinə etmiş tibb tədqiqatçıları gəliblər.

Mütəxəssislər müəyyən ediblər ki, ət yeməklərini çox sevən insanlarda ürək çatışmazlığı inkişaf edir, arteriyalar sərtləşir.

Piyli balıq isə bunun əksinə olaraq ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və arteriyaları elastik edir.

Tədqiqatçılar mal ətindən istifadənin ürəyin işi ilə əlaqəsini onunla izah ediblər ki, bu, yüksək təzyiq, xolesterinin səviyyəsinin artması, piylənmə və diabetlə nəticələnir.

Bu, araşdırmaçıların mal ətindən normadan artıq istifadənin zərəri ilə bağlı ilk qənaəti deyil. Daha əvvəl məlum olub ki, mal əti insanın, xüsusən kişilərin ömrünü azaldır. Ekspertlər orta yaşı 53 il olan 43 272 kişiyə dair məlumatı öyrəniblər. Yoxlanılanlar sınaq müddətinin əvvəlində hər hansı ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər. Məlum olub ki, mal ətindən istifadə edən kişilərdə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Ekspertlər belə qənaətə gəliblər ki, bu məhsul rasionundan imtina insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

Son xəbərlər

Orphus sistemi