Alimlər hansı həyat tərzinin uzunömürlülüyə təsir etdiyini müəyyənləşdirdilər

Alimlər hansı həyat tərzinin uzunömürlülüyə təsir etdiyini müəyyənləşdirdilər İsveçin Uppsalsk Universitetinin alimlər qrupu necə həyat tərzinin demans xəstəliyi səviyyəsinə və insanın uzunömürlü olmasına təsir etdiyini müəyyənləşdirməyə qərar veriblər.
Sağlamlıq
15 Noyabr , 2020 06:30
Alimlər hansı həyat tərzinin uzunömürlülüyə təsir etdiyini müəyyənləşdirdilər

İsveçin Uppsalsk Universitetinin alimlər qrupu necə həyat tərzinin demans xəstəliyi səviyyəsinə və insanın uzunömürlü olmasına təsir etdiyini müəyyənləşdirməyə qərar veriblər.

"Report" "Today.ua"a istinadən xəbər verir ki, söhbət orta və qoca yaşlardan gedir. Araşdırma nəticəsində müəyyən olunub ki, dövlət təqaüd yaşını artıraraq milləti sağaldır.

İsveç tədqiqatçıları 12 il ərzində beş yüz 70 yaşlı kişi və qadının həyat tərzi və sağlamlıq dəyişikliyini araşdırıblar. Məlum olub ki, işə getməyə davam edən 80 yaşlı insanlar daha çox yaşayır və zehni sağlamlığını qoruyaraq özlərini daha yaxşı hiss edirlər. Əvvəllər daha yaxşı istirahət etmiş könüllülər arasında demans xəstəliyinin nisbəti bir neçə il sonra xeyli artıb.

Bundan başqa, sağlam qidalanmaya üstünlük verənlərin və rasionda karbohidratlardan normadan artıq istifadə etməyənlərin daha çox möhkəm sağlamlığa malik olmaları müəyyən edilib. Belə ki, sınağın iştirakçıları 12 il sonra müayinədən keçiblər, onlardan demək olar, 50-də alsqeymer xəstəliyi və demək olar, 80 insanda qocalıq demensiyası aşkar olunub. Bununla yanaşı, 105 nəfərdə yaddaş, nitq çətinliyi və zəif idrak funksiyaları müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi