Xəstəxanaların intensiv terapiya bölməsində koronavirusdan müalicə edilən pasiyentlər digər respirator xəstəliklərin pasiyentləri ilə müqayisədə daha çox beynin funksiyasının pozulmasından əzab çəkirlər.
“Report” xəbər verir ki, bu nəticəyə İspaniya həkimləri və Vanderbilt universitetinin alimləri gəliblər. Onların birgə tədqiqatının nəticələri “EurekAlert” portalında dərc olunub.
Mütəxəssislər müəyyən ediblər ki, beynin funksiyalarının pozulmasının təzahürləri fikri cəmləyə bilməməkdə, həmçinin şüurun itməsində ortaya çıxa bilər.
Alimlər bu əlamətləri COVID-19-u ağır formada keçirən və intensiv terapiya bölməsində müalicə olunan 2 mindən çox xəstədə tədqiq etməyə qərar veriblər.
Müəyyən edilib ki, pasiyentlər orta hesabla 12 gün belə vəziyyətdən əziyyət çəkirlər. Onların təxminən 82%-i 10 gün koma vəziyyətində olub, pasiyentlərin yarısında koma vəziyyəti 3 gün davam edib.
"Bu göstəricilər intensiv terapiya bölmələrinin xəstələri arasında iki dəfə çoxdur", - tədqiqatçı Brenda Pan qeyd edib.
O, izah edib ki, tədqiqatın iştirakçılarının 88%-i süni nəfəs aparatlarına qoşulublar.
Vurğulanır ki, doğmaları, dostları ilə danışmağa müvəffəq olan xəstələrdə beynin funksiyasının pozulması riski demək olar, üçdə birə enib.
Alimlər güman edirlər ki, koronavirus pasiyentlərində beynin funksiyasının pozulması inkişaf edib. Onların sözlərinə görə, infeksiya son dərəcə təhlükəlidir.