Alimlər aqressiyanın öhdəsindən gəlməyin yollarını müəyyənləşdiriblər

Alimlər aqressiyanın öhdəsindən gəlməyin yollarını müəyyənləşdiriblər Omeqa-3-ün qəbulu aqressiv davranış və həyəcanlılığı azaldır
Sağlamlıq
817
14 Avqust , 2020 11:39
Alimlər aqressiyanın öhdəsindən gəlməyin yollarını müəyyənləşdiriblər

Omeqa-3-ün qəbulu aqressiv davranış və həyəcanlılığı azaldır.

“Report” “Ridus”a istinadən xəbər verir ki, bu qənaətə britaniyalı psixoloqlar gəliblər.

Bildirilib ki, Omeqa-3, demək olar ki, yan təsirlərə malik deyil və onu hər kəs qəbul edə bilər. Onun sutkalıq dozası 250 mq təşkil etsə də, optimal dozası 1 000-1 500 mq hesab olunur. İstehsalçı və dozasından asılı olaraq gündə 1-2 həb istehlak etmək olar.

Bundan başqa, Omeqa-3-ü həm də yağlı dəniz balığından, kətan toxumundan, dəniz məhsulları və yumurtalardan almaq olar.

Qeyd olunub ki, belə maddənin orqanizmdə azlığı psixi pozuntulara yol aça bilər. Bununla əlaqədar alimlərin keçirdiyi eksperimentdə məlum olub ki, orqanizmi Omeqa-3-dən qıtlıq çəkməyən öz emosiyalarına daha yaxşı hakimdirlər.     

Orphus sistemi