Ağsu Rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub

Ağsu Rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub Baş həkim açıqlama verib
Sağlamlıq
7 Noyabr , 2016 11:22
Ağsu Rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Ağsu Rayon Mərkəzi Xəstəxanasına (RMX) elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə “Report”a açıqlamasında RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, bu gün xəstəxananın "Azərişıq" ASC-yə olan borcundan 5 min manatı ödənilib: "Noyabr ayının 25-nə qədər borcun 10 min manatı ödənilməlidir. Ancaq bu halda ilin sonuna qədər xəstəxanaya verilən elektrik enerjisinin verilməsində problem olmayacaq".

Qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisinin verilişi noyabr ayının 4-dən etibarən "Azərişıq" ASC-yə olan borc səbəbindən dayandırılmışdı. Nəticədə xəstəxanada olan onlarla dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpənin həyatı təhlükə altında qalıb.

Son xəbərlər

Orphus sistemi