Ağstafada kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib

Ağstafada kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib Ağstafada kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib
Sağlamlıq
14 Avqust , 2021 11:36
Ağstafada kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib

Ağstafa rayonunda küçə və prospektlər iri tutumlu su çiləyici maşınlar vasitəsilə xüsusi məhlularla dərmanlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmçinin rayon ərazisində əhalinin daha intensiv hərəkət etdiyi ərazilər, avtovağzal, o cümlədən kiçik və iritutumlu avtobusların içərisi, ictimai iaşə obyektlərinin qarşısı, xüsusilə bankomatların ətrafı dezinfeksiya edilib.

Çoxmənzilli yaşayış binalarının həyətləri, park və istirahət güşələrində də sanitar-proflaktik tədbilər həyata keçirilib.

Qeyd edək ki, dezinfeksiya işlərinin aparılması üçün üç qurup ayrılıb və profilaktik dezinfeksiya ìşləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi