Azərbaycanda ağciyər və qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar açıqlanıb.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”da əksini tapıb.
Ağciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar
Ağciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar aşağıdakılardır və yalnız 12 yaşadək şəxslərə münasibətdə tətbiq edilir:
süni tənəffüsün aparılmasını tələb edən tənəffüs çatışmazlığı;
ağciyər hipertenziyası (aşağıdakılardan biri olmaqla):
ən azı 3 ağciyər venasının stenozu;
aparılan dərman müalicəsinə baxmayaraq ürək indeksinin (cardiac index) 2 l/dəq/m2-dən az olması, bayılmalar və qanhayxırmanın qeyd olunması.
Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar
Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşdan yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:
fulminant qaraciyər çatışmazlığı;
anhepatik (qaraciyər xaric edilmiş) şəxs;
qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyərin funksiya göstərməməsi, AST >= 3000 v/l; 3.1.4. qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyər arteriyasının trombozu, AST >= 3000 v/l;
kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.
Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusu 18 yaşınadək şəxslər üçün Status 1A və Status 1B üzrə müəyyən edilir.
18 yaşınadək şəxslər üçün Status 1A üzrə meyarlar aşağıdakılardır:
fulminant qaraciyər çatışmazlığı;
qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyərin funksiya göstərməməsi, AST >= 2000 v/l;
qaraciyər köçürülmüş şəxsdə 14 (on dörd) gün ərzində qaraciyər arteriyasının trombozu;
kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.