Abşeron RMX-nin direktoru: Pasiyentlərdən pul tələb etdiyinə görə işdən çıxarılan tibb işçiləri var

Abşeron RMX-nin direktoru: Pasiyentlərdən pul tələb etdiyinə görə işdən çıxarılan tibb işçiləri var İcbari tibbi sığortanın tətbiqindən sonra cibdən ödənişlər 70-80 faiz azalıb. Əgər pasiyentlərdən pul tələbi halı baş versə, təbii ki, hüquqi müstəvidə bununla bağlı ciddi tədbirlər görürük və gördüyümüz tədbirlər də var.
Sağlamlıq
17 İyun , 2024 15:18
Abşeron RMX-nin direktoru: Pasiyentlərdən pul tələb etdiyinə görə işdən çıxarılan tibb işçiləri var

İcbari tibbi sığortanın tətbiqindən sonra cibdən ödənişlər 70-80 faiz azalıb. Əgər pasiyentlərdən pul tələbi halı baş versə, təbii ki, hüquqi müstəvidə bununla bağlı ciddi tədbirlər görürük və gördüyümüz tədbirlər də var.

Bu fikirləri “Report”a müsahibəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Azər İsmayılov deyib.

Direktor bildirib ki, işdən kənarlaşdırılan tibb işçiləri də olub: “Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət halları da var”.

A.İsmayılov eyni zamanda səhhətində ciddi problem olmayanların sırf icbari tibbi sığorta çərçivəsində ödənişsiz xidmətdən yararlanmaq istəyənlərə də müraciət edib: “Kiminsə xətrinə dəymək və ya incitmək istəmirik. Amma etiraf edim ki, belə hallar çoxdur. Hətta xəstəxananın dəhlizində gəzərkən eşidirəm ki, sadəcə xəstəxananı görmək üçün gəlib müayinədən keçmək istəyənlər var. Yaxud burada müalicə alan qohumuna baş çəkməyə gəlib və fürsətdən istifadə edib müayinədən keçir. Bu kimi faktlar çox deyil. Az olsa belə, bəzən işlərimizdə çətinlik yarada bilir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi