ABŞ-ın baş infeksionisti: “Buster doza Omicron ştamından qoruya bilər”

ABŞ-ın baş infeksionisti: “Buster doza Omicron ştamından qoruya bilər” “Buster doza ilə vaksin olunanların antitellərinin sayı ikinci doza ilə müqayisədə daha çox olur. Hətta Omicron kimi ştam olsa belə, buster dozadan sonra anticisim miqdarı kifayət qədər yüksək olacaq. Bu da öz növbəsində yüksək səviyyəli qoruma təmin edir
Sağlamlıq
29 Noyabr , 2021 03:48
ABŞ-ın baş infeksionisti: “Buster doza Omicron ştamından qoruya bilər”

“Buster doza ilə vaksin olunanların antitellərinin sayı ikinci doza ilə müqayisədə daha çox olur. Hətta Omicron kimi ştam olsa belə, buster dozadan sonra anticisim miqdarı kifayət qədər yüksək olacaq. Bu da öz növbəsində yüksək səviyyəli qoruma təmin edir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın baş infeksionisti Entoni Fauci bildirib.

Onun sözlərinə görə, əgər bir şəxs Pfizer və Moderna peyvəndlərinin ikinci dozasını altı ay və daha əvvəl vurdurbsa mütləq buster doza üzrə vaksinasiya olunmalıdır.

Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi