ABŞ-da koronavirusa yoluxmanı əks etdirən maska hazırlanıb

ABŞ-da koronavirusa yoluxmanı əks etdirən maska hazırlanıb ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar
Sağlamlıq
29 İyun , 2021 11:13
ABŞ-da koronavirusa yoluxmanı əks etdirən maska hazırlanıb

ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc edilmiş məqalədə məlumat verilir.

İnstitutun mütəxəssisləri Harvard Universitetindən olan həmkarları ilə birgə taxılıb-çıxarılan kiçik cihaza malik maska prototipi yaradıblar.

Maskanı taxandan təxminən saat yarım sonra cihaz nəticəni təqdim edir. Məxfiliyi qorumaq məqsədilə cihaz elə qurmaq olur ki, onun məlumatları ətrafdakılara görünməsin.

Məqalədə qeyd edilir ki, bu tip cihazlardan hələ Ebola və Zika viruslarına yoluxmanı aşkarlamaq üçün də istifadə edilib.

Xatırladaq ki, epidemiyanın baş qaldırmasından sonra ABŞ-da 33,6 milyon insan koronavirusa yoluxub, onlardan 604 min nəfəri vəfat edib. Hər iki göstərici baxımından ölkə dünya üzrə birinci pilləni tutur.

Son xəbərlər

Orphus sistemi