Azərbaycanda son sutkada 93 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada 93 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
13 Yanvar , 2023 16:31
Azərbaycanda son sutkada 93 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 647 nəfər müalicə olunaraq sağalıb, hazırda 539 aktiv xəstə var. Bu günə qədər 10 042 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 633, bu günə qədər isə ümumilikdə 7 453 564 test icra olunub.

Son xəbərlər

Orphus sistemi