​Azərbaycanda 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır

​Azərbaycanda 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır 90 uşaq Endokrinoloji Mərkəzi tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib
Sağlamlıq
640
22 İyun , 2016 11:24
​Azərbaycanda 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır

Bakı. 22 iyun. REPORT.AZ/ "Hazırda Respublika Endokrinoloji Mərkəzində 512 nəfər şəkərli diabet xəstəsi olan uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Yusif İsmizadə deyib.

O bildirib ki, həyata keçirilən işlər çərçivəsində 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir: "Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır".

Son xəbərlər

Orphus sistemi