Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
3865
15 Yanvar , 2021 17:03
Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra olunub.

Son xəbərlər

Orphus sistemi