AQTA-nın Aparat rəhbəri: "30-a yaxın zərərli orqanizmin risk analizi aparılıb"

AQTA-nın Aparat rəhbəri: "30-a yaxın zərərli orqanizmin risk analizi aparılıb" "Ölkəyə virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib".
Sağlamlıq
9 Fevral , 2023 12:07
AQTA-nın Aparat rəhbəri: 30-a yaxın zərərli orqanizmin risk analizi aparılıb
Elxan Mikayılov

"Ölkəyə virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb: "Artıq monitorinqlərin elektron izlənməsi mexanizmi qurulub. Bitki sağlamlığının izlənməsi istiqamətində ilk dəfə olaraq Milli Monitorinq planı hazırlanıb və icrası həyata keçirilir. 30-a yaxın zərərli orqanizmin risk analizi aparılıb. Bitkiçilik məhsullannın beynəlxalq ticarətinin asanlaşdırılması üçün bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq qurulub".

Son xəbərlər

Orphus sistemi